NILA

Absheron Hotel Group

Absheron Hotel Group

ABSHERON Hotel Group Azərbaycanda yeni yaranmış və inkişafda olan şirkətdir.

ABSHERON Hotel Group-un əsas məqsədi otel sənayesi üzrə strateji iştirakçıya çevrilmək, otel və kurortların dünya səviyyəli portfelini yaratmaqla milli və regional bazarda aparıcı mövqe qazanmaqdır.

ABSHERON Hotel Group-un mədəniyyət paradiqması müstəsna maddi yaradıcılıq nümunələri, həmkarlarımızın münasibəti, bizim dəyərlərimiz, inandıqlarımız və etdiyimiz hər işdə uğur qazanmaq istəyimizin vahid kompozisiyasıdır.

Bizim missiyamız Əməkdaşlarımız, Qonaqlarımız, Tərəfdaşlarımız və Cəmiyyət üçün yeni dəyərlərə malik yüksək keyfiyyətli həyat tərzi məhsulları və xidmətlərinin unikal kolleksiyasını təklif edən otellərin idarəedilməsi üzrə dünya səviyyəli şirkət yaratmaqdır.

ABSHERON Hotel Group hal-hazırda Azərbaycanda otel fəaliyyətinin inkişafı və idarəçiliyini nəzərə alır, buraya Azərbaycanın şimalında Şahdağ Dağlarında 2 ədəd Pik Palace və Park Chalet adlandırılan lüks qış dağlıq kurortu aiddir.

Qrup hal-hazırda paytaxt Bakıda bir neçə otellərin istifadəyə verilməsinə hazırlaşır. Bunlar, 818 otaqlı Boulevard Konfrans Oteli, Bakının mərkəzində yerləşən və heyrətamiz dəniz mənzərəli, yenilənmiş İntourist Oteli və 29 otaqlı şəhərin mərkəzində yerləşən butik oteldir.

Bizim otel portfeli ilə biz hər əmlakımızın fərdi tərtibatına yönəlir, hər bir əmlakın fərdiliyinə və fərqliliyinə əsaslanır və hər bir detalı xüsusi diqqətlə vurğulayırıq.