X

Be the first
to know

We are now closed for summer season and look forward to welcoming you back in December 2018!

Notify me
NILA

Yerləşmə Ərazisi

Yerləşmə Ərazisi

Qusar şəhərindən 30 km məsafədə yerləşən Şahdağ Turizm Kompleksinin yerləşdiyi region tarixən Azərbaycana keçid yollunu və Avropa, Rusiya, Orta və Mərkəzi Asiyanı birləşdirən körpü rolunu oynayıb.

ÜNVAN

Pik Palace, Şahdağ
Qusar-Ləzə Yolu 29-cu km, Azərbaycan
T: (994 12) 310 2010
F: (994 12) 310 2011

pikpalaceinfo@absheronhotelgroup.com
www.absheronhotelgroup.com

ƏRAZİNİN QISA XÜLASƏSİ:

Saf təbiət, təmiz hava, Qafqaz buzlaqları ilə örtülmüş dağlar, dərin kanyonlar, dərələr və möhtəşəm dağlar, göllər və şəlalələr bu ərazini həm yay, həm qış istirahəti üçün mükəmməl bir məkana çevirir. Bura eyni zamanda korporativ görüşlər, tədbirlər, ailəvi istirahət, romantik istirahət və bal ayı üçün ən uyğun məkandır.

 

OTELDƏ TƏKLİF OLUNAN XİDMƏTLƏR:

Pik Palace Şahdağ Oteli Heydər Əliyev Hava limanından təxminən 220 km məsafədə yerləşir. Otelə avtomobil ilə Bakının mərkəzindən təxminən 3 saata çatmaq olar.

AZƏRBAYCANIN HAVA LİMANLARI / ŞAHDAĞA OLAN MƏSAFƏ

Heydər Əliyev Beynəlxalq Hava Limanı (Bakı) / 220 km
Gəncə Beynəlxalq Hava Limanı / 547 km
Lənkəran Beynəlxalq Hava Limanı / 465 km
Uytaş Hava Limanı (Maxaçkala, Rusiya) / 240 km

Konsyerjimiz 24/7 sizin aşağıdakı nəqliyyat ehtiyaclarınıza cavab verəcəkdir:

  • Avtomobil kirayəsi
  • Taksi və limuzin xidmətləri
  • Avtobus

Pik Palace Şahdağ Oteli Şahdağ Turizm Kompleksinin xizək xidmətindən maşınla 5 dəqiqəlik, əsas lift bazasından piyada 15 dəqiqəlik məsafədə yerləşir. Yaxın gələcəkdə Pik Palace Şahdağ Oteli qonaqların tam rahatlığını təmin etmək üçün öz lift bazasını təklif edəcəkdir.