X

Be the first
to know

We are now closed for summer season and look forward to welcoming you back on 1st December 2018!

Notify me
NILA

Xüsusiyyətlər

Xüsusiyyətlər

Pik Palace Şahdağ Oteli Azərbaycanın paytaxtı Bakıdan 200 kilometr şimalda, Şahdağ Dağlıq Kurortunda yerləşən ən dəbdəbəli məkandır.

Kurort Sizə dəniz səviyyəsindən 2500 metr yüksəklikdə dünya standartlarına cavab verən xizək sürmə kompleksi, mədəni irsdən və yüksək səviyyəli xidmətlərdən zövq almağa imkan yaradır.

Şahdağ Milli Parkının mərkəzində yerləşən və 130,508 hektar ərazini əhatə edən, keçilməz dağları və büllur kimi şəffaf dağ çaylarının yaratdığı ecazkar mənzərəli Pik Palace oteli sizə gündəlik həyatın stresindən uzaqlaşmaq üçün ekstravaqant şərait, təkrarolunmaz mətbəx, dəbdəbəli Spa və sağlamlıq mərkəzləri, nəzakətli xidmət və il boyu istirahət təklif edir. Pik Palace Oteli sıradan bir kurort oteli deyildir.

QISA MƏLUMAT

Saat Qurşağı
UTC/GMT +4 saat

YERLİ DİL

Azərbaycan dili Azərbaycanda rəsmi dil olsa da, Ingilis, Rus və Türk dilləri də geniş yayılmışdır. Bundan əlavə Gusar regionunda Ləzgi dilindən də istifadə edir.

 

ELEKTRİK SİSTEMİ

Elektrik gərginliyi 220 voltdur. Adaptorları konsyerjdən əldə edə bilərsiniz.

ŞƏHƏR MƏRKƏZİNDƏN MƏSAFƏ

Bakıdan Qusara olan məsafə–170 km
Qusardan Şahdağa olan məsafə – 30 km
Qusardan Dağıstana olan məsafə – 179 km

RƏSMİ BAYRAMLAR

Yeni İl: 1-2 Yanvar
Beynəlxalq Qadınlar Günü: 8 Mart
Qələbə Günü: 9 May
Respublika Günü: 28 May
Novruz Bayramı: 19-25 Mart
Milli Qurtuluş Günü: 15 İyun
Silahlı Qüvvələr Günü: 26 İyun

Milli Müstəqillik Günü: 18 Oktyabr
Dövlət Bayrağı Günü: 9 Noyabr
Konstitusiya Günü: 12 Noyabr
Milli Dirçəliş Günü: 17 Noyabr
Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü: 31 Dekabr

Dini bayramlar (Ramazan və Qurban bayramı) ay təqviminə əsasən dəyişir.