NILA

Scalini Restoranı

Scalini Restoranı

Scalini –Bakıda orijinal İtalyan mətbəxinin təamlarını 18 ildən çox müştərilərinə təqdim edən ən qədim elit restoranıdır. 

Unikal qastronomiya  təcrübəsinə bələd olmaq və təcrübəli aşpazlarımızın hazırladığı təzə və ləziz İtalyan yeməklərindən dadmaq üçün sizi Scalini Restoranına dəvət edirik.

Restoranın əsas xüsusiyyətlərindən biri qonaqlarımızın  arasında uğur və nüfuz qazanmağımıza səbəb olan və  illərlə qoruyub saxladığı keyfiyyət və ənənədir. Aşpazlarımız  nəsildən- nəsilə keçən qədim reseptlərə üstünlük verməklə yanaşı, İtaliyanın müxtəlif bölgələrindən bizim üçün xüsusilə gətirilən ən yaxşı məhsullardan istifadə edirlər. Ənənəvi menyu sadə yeməklərə incə zövq, eləcə də gözəl görünüş bəxş edərək, hətta ən tələbkar müştərini belə  razı  salacaqdır. Qonaqlarımıza italiyanın müxtəlif regionlardan gətirilən çoxçeşidli bəyaz və qırmızı şərab növləri təklif ediləcəkdir.Hər kəs öz istədiyini Scalinidə tapacaqdır.

Rezervasiya üçün: +994 12 565 4000