X

Be the first
to know

We are now closed for summer season and look forward to welcoming you back in December 2018!

Notify me
NILA

Visa

Visa

Azərbaycan Respublikasının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanununa əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra—əcnəbilər) xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə—viza əsasında Azərbaycan Respublikasına gələ bilərlər.

Bəzi ölkələrin vətəndaşları ölkələrarası müqavilələrə əsasən Azərbaycana vizasız daxil ola bilər.

Viza əldə etmək üçün aşağıdakı sənədlər tələb olunur:

  • 1 ədəd anket
  • 2 ədəd rəngli şəkil (3×4 sm, ağ fonda)
  • Xarici pasport və ya vətəndaşlığı olmayan şəxslər üçün müvafiq şəxsiyyət vəsiqəsi
  • Dəvətnamə və ya turizm məqsədi ilə müraciət etdikdə, səyahətin turistik olduğunu göstərən arayış
  • Dövlət rüsumunun ödəndiyini göstərən qəbz

Xarici vətəndaşın pasportu və ya vətəndaşlığı olmayan şəxsin səxsiyyətini təsdiq edən sənədin etibarlılıq tarixinin bitməsinə 3 aydan az vaxt qalıbsa, bu şəxslərə viza verilmir.

Azərbaycana səyahət etmək istəyən turistlər aşağıdakı web-sayt vasitəsilə elektron vizaya müraciət edə bilərlər: http://evisa.mfa.gov.az/.

Daha ətraflı məlumat üçün bu sayta daxil ola bilərsiniz: http://www.mfa.gov.az/?options=content&id=182&language=en.