NILA

Turistik İstiqamətlər

Turistik İstiqamətlər

Azərbaycanın şimal-şərqində Böyük Qafqaz dağlarının ətəyində və dəniz səviyyəsindən 715 metr yüksəklikdə yerləşən Qusar rayonu Qafqazın ən gözəl yerlərindən biridir. Dağ gölləri və şəlalələr, sıldırımlı dərələr, sıx meşələr, keçilməz yollar və dağ buzlaqları birlikdə bu rayonun gözəl təbiətini yaradır.

Azərbaycanın ən yüksək zirvələri olan Bazardüzü (4466 metr) və Şahdağ (4242 metr), eləcə də Samur-Dəvəçi kanalı, Qusarçay və Samur çayları da Qusarda yerləşir. Bakı ilə Qusar arasındaki məsafə 170 kilometrə bərabərdir. Bakı-Dərbənd-Maxaçkala-Moskva avtomagistralı da bu rayondan keçir. Qusar Xudat dəmiryolu xəttindən 35 kilometr və Xaçmaz dəmiryolu xəttindən 40 kilometr məsafədə yerləşir.

 ADƏTLƏR

Akkordeon və nağara ilə müşayiət olunan Ləzginka buranın ən məşhur etnik rəqsidir. Bu, çox canlı və texniki cəhətdən çətin rəqsdir. Qadınlar və kişilər bu rəqsi milli geyimlərdə ifa edirlər: kişilər belində xəncərlə, qadınlar isə uzun milli geyimlə rəqs edirlər. Qartalı təqlid edən kişilər qısa və zirək addımlarla rəqs edir. Bu rəqsin əsas özəlliyi barmaq ucunda oynanmasıdır. Qadınlar isə sakit, kiçik və yüngül addımlarla axıcı rəqs edir. Ləzginka cütlük halında ifa olunduqda qadın və kişilər birbirinə toxunmur. Qadın kişiyə razılıq bildirir və onun ətrafında təmkinli hərəkət edir. Turistlər bu ovsunlayıcı rəqsə Qusar Mədəniyyət Mərkəzində tamaşa edə bilərlər.

Yerli əhalinin əksəriyyəti Ləzgi, Rus və Azərbaycan dillərini bilən Ləzgilərdir.

Qusar sakinləri səmimi və çox qonaqpərvərdirlər. Sizi öz evinizdəki kimi hiss etdirmək üçün əllərindən gələni edəcəklər.