Toy, nişan və xınayaxdı mərasimləri

  • Baş Sehife
  • Toy, nişan və xınayaxdı mərasimləri

Toy, nişan və xınayaxdı mərasimləri

Dağlar qoynunda bir-birinizə “razıyam” söyləyin!

Heç bir mekan sinzin heyatınızın ən vacib günününü Pik Palace Şahdağ Oteli kimi bənzərsiz və unudulmaz etməyəcəkdir. Heyranedici mənzərə və yüksək xidmət toyunuzun yaddaşlarda əbədi olamsını təmin edəcəkdir.

Biz bəy ilə gəlinin ziyafətə hazırlıqları üçün xüsusi otaq və müraciətiniz əsasında ən yaxşı saç və makiyaj ustalarının dəvət edilməsini təşkil edirik. Dağların məftunedici fonunda romantik foto çəkiliş həyatınızın ən yaddaqalan anlarını əbədi yaşadacaq. Toyunuzun dahada möhtəşəm və illər boyu yaddaşlardan silinməz olması üçün bizim peşəkar komandamız məclisdən əvvəl və sonra ailə və yaxın dostlarınız üçün xüsusi tədbirlərin təşkil edilməsində yardımçı olacaq.

 

Bizim möhtəşəm Acacia Ziyafət Zalımız banket üslubunda 380 nəfər qonaq qəbul etməyə imkan yaradır. Siz ziyafət zalının foyesində və ya açıq hava terasında tədbirdən əvvəl qəbul mərasimindən həzz ala bilərsiniz. Ziyafət zalının amfiteatr terrası böyük fontan ilə bəzədilib və iki tərəfdən möhtəşəm pilləkənlərlə əhatə olunub. Əzəmətli dağlara açılan heyranedici görüntüyə malik olan bu zal toyunuz üçün mükəmməl bir məkandır.